Mentalitet deyərkən itirdiklərimiz…

Bu gün Azərbaycan gəncliyi öz çiçəklənən dövrünü yaşayır.Gəncliyimizin bu çiçəklənən dövründə bütün səhvləri demokratiyada görən bugünki neototalitar hakimiyyət qüvvələri milli mənəvi dəyərləri,mentaliteti düşünülmüş şəkildə gəncliyə,cəmiyyətə təbliğ etməyə çalışırlar.Bununlada yenicə doğmaqda olan demokratiya abu-havasını elə yerindəcə boğmaq istəyirlər.Əgər bu mentalitet,bu mənəvi dəyərlər çox yaxşı bir şey olsa,biz oğuz elinin qədim adət-ənənələrini əlimizdə bayraq tutacaq və qədim oğuz elinin qədim adət ənənələrini,yaşam tərzini bu günki yaşam tərzimizə tətbiq edəcəyik.Yəqinki hər biriniz Dədə Qorqud dastanlarından oxumusunuzki,oğuz xanları yeddi gün yeddi gecə yatan olublar.Məgər siz yatmaqmı istəyirsiniz?…Məgər azmı yatdınız?…Məgər bu yuxu bu qədərmi şirindirki,doymaq bilmirsiniz?…Məgər bu yuxu bu qədərmi şirindirki,iki əsrdən çox Ərəb xilafətinin qılıncı altında yatdınız doymadınız?…Məgər bu yuxu bu qədərmi şirindirki,bir əsrdən çox Hülakü yorğanı altında yatdınız yenədə doymadınız?…Məgər bu yuxu bu qədərmi şirindirki,yetmiş il Rus süngüsünün qarşısında mürgülədiniz yenədə doymadınız?…Axı siz nə vaxt doyacaqsınız?…Axı sız nə vaxt bu yuxudan oyanacaqsınız?…Məgər bu yuxu o qədərmi şirin idi ki,siz yatarkən elimizə hücum çəkdilər,hamilə qadınlarımızın qarnını deşərək uşaqlarını çıxardılar,iki aylıq körpəni anasinin gözü qarşısında süngüyə taxaraq ocaq üstünə tutdular amma siz yenədə oyanmadınız,yatdınız?…Hər bir istər quruluşun,istər hər hansı anlayışın həm mənfi,həmdə müsbət cəhətləri olur.Axı siz niyə hər şeyi bir tam halında cəmiətimizə tətbiq,təbliğ edirsiniz?…Olmazmıki,bunların müsbət tərəflərini tətbiq edəsiniz?…EY MƏNİM XALQIM mən sizi çox sevirəm,mən sizin oyanmağınızı istəyirəm.QALX,QALX AZƏRBAYCAN !!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s