Azərbaycanda iş yerlərinin çatişmazlığı ilə əlaqədar olaraq qadınlarımızın böyük əksəriyyəti işləmir,yəni evdar xanımlardir.Evdar xanımların daha çox vaxt sərf etdikləri şeylər əgər əvvəllər ailə,uşaq və bu tipli şeylər idisə bu gün bu öz yerini seriallara vermişdir.Mövzu seriallar və onların cəmiyyətimizə və psixalogiyamıza göstərdiyi təsirlərdir.Seriallar cəmiətimizi idarə edən robota çevrilmişdir.Serial audəçisi olan xanimlar o qədər serial aləmində itib batırlarki,övladlarının tərbiyyələrini,ailələrinə qarşı olan qayğılarını belə unudurlar.Seriallardakı əsas mövzular bunlardır:
-varlı qızla kasıb oğlanın eşq macərası;
– bir-birinə xəyanət edən cütlüklər;
– bir-birini sevən iki gəncin evləndikdən sonra bacı-qardaş çıxması;
-varlı olmaq üçün bütün mənəvi dəyərləri qurban vermək;
-böyük həcmli cinayətlər törətmək;
-uşaqların sərbəst böyməsi və incidikdə evdən qaçması;
-qadınların və kişilərin istədiyi kimi,istədiyi ilə və istədiyi yerə getməsi və bu tipli hallardır.
Demək olarki müsbət və ümidverici bir mövzuya rast gəlmək çox çətindir.Əslində filmlər cəmiyyətin güzgüsüdür,həmçinin insanlarda bir xəyal dünası yaradır.Bu gün cəmiyyətimizdə seriallardakı kimi həyat arzulayan hər gün yeni geyim,yeni bəzək əşyası istəyən,hər gecə restoranlarda həyat yoldaşı ilə şam etmək istəyən,övladina dayə tutmaq,mətbəxə girməmək və işdən yorğun gəlmiş həyat yoldaşına belə yemək hazırlamaq istəməyən xanımlarımız az deyil.Düzdür seriallar bir tərəfdən insanı çətinlik içində yaşadığımız həyatın streslərindən uzaqlaşdırıb gözəl sahilli çimərliklərin,lüks mənzillərin,bahalı avtomobillərin,eşqlərin olduğu bir dünyaya aparması müsbətdir,lakin real həyatda insanların bunlara sahib ola bilməmələri onların psixalogiyalarına çox pis təsir edə və dərin izlər buraxa bilər.Seriallarda daha çox zina,özbaşınalıq,əxlaqsızlıq,zorakılıq,müxtəlif içki məclisləri və bu tipli mənfi hallar təbliğ edilir.Bizlərsə buna insan azadlığı,əsasəndə rayon qızlarının şəhərə gəldiklərindən bir-iki gün sonra hansisa başdan xarablara qulaq asıb bağıraraq gender bərabərliyi dedikləri qadın azadlığı deyirik və adınıda qoyuruq avropa mədəniyyəti.Bu tipli avropa mədəniyyətinin bizim cəmiyyətdə yer alması nə dərəcədə doğrudur sualina bir misalla cavab tapmağa çalışaq:
Təsəvvür edək ki,bir avropalı bəy öz xanımı ilə restoranda əyləşib həzin musiqi altinda şam edirlər.Bu zaman başqa yad bir kişi masaya yaxınlaşır və deyir:
-sizin xanımınızla rəqs edə bilərəm?
xanımdan soruşun…
Bəli əgər xanım bəyənirsə qalxır və yad bir kişi xanımın əlindən və belindən tutaraq rəqs edirlər.Bu ən azından bizim əxlaqımıza zidd olan şeylərdir.Son məqsəd seriallari pisləmək deyil,çünki seriallar həyatın güzgüsüdür.son məqsəd seriallara baxan zaman çalışıb oradakı nümunələrdən müsbət nəticə çıxarmaq lazımdır.